Вход на сайт

Просмотр новости

Найдите то, что Вас интересует

Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib - YENİLƏNİB

Дата публикации: 12-10-2026 16:01:17

Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib.

Основное содержимое страницы с новостью.

Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov etimadnaməsini bu ölkənin Prezidenti Asif Ali Zardariyə təqdim edib.

"Report" xəbər verir ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir İrfan Davudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Asif Ali Zardariyə çatdırıb.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Asif Ali Zardari Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Pakistan Prezidenti görüş zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. O, siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd edib.

Prezident Asif Ali Zardari enerji, regional bağlantılar və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, müdafiə sənayesi sahəsində əldə olunan irəliləyişi alqışlayıb. Həmçinin, birbaşa hava əlaqələrinin turizmin inkişafına və xalqlar arasında təmasların genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İrfan Davudov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb, bu ölkənin hökumətinə, xalqına təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət, qarşılıqlı investisiya, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

19:47

Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Pakistan Prezidenti ofisinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

Görüş zamanı Zərdari iki ölkə arasındakı yaxın və qardaşlıq münasibətlərini vurğulayıb, ticarət və investisiyaların genişləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin energetika, regional əlaqəlilik və müdafiə sahələrində əməkdaşlıq perspektivlərini qabardıb, hərbi-sənaye əməkdaşlığındakı tərəqqini alqışlayıb və turizmin, eləcə də xalqlararası əlaqələrin inkişafında birbaşa aviaəlaqənin rolunu diqqətə çatdırıb.

Həmin gün Pakistan Prezidenti Norveç və İsveçrə səfirlərinin də etimadnamələrini qəbul edib. Görüşlərdə ikitərəfli münasibətlərin, o cümlədən ticarət, investisiyalar, energetika və texnologiyalar sahələrində möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Схожие новости

#Наименование новостиТональностьИнформативностьДата публикации
1Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb06.8812-10-2026
2Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub06.412-10-2026
3Botir Qudratxocayev Özbəkistanın müdafiə naziri təyin edilib06.0512-10-2026
4AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib07.3512-10-2026
5Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib03.4412-10-2026
6Pezeshkian hails Pakistan efforts to restore peace in region08.4825-09-2026
7В Пакистане ввели ЧП в провинции на границе с Афганистаном08.811-10-2026
8Посол РФ: нейтралитет Пакистана способствует урегулированию конфликта на Украине01001-10-2026
9Алиев поздравил Путина с днем рождения09.3107-10-2026
10Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib06.0512-10-2026

Классификация: Международные. Схожих патентов: 0. Схожих новостей: 10. Тональность: 0. Информативность: 5.97. Источник: report.az.