Вход на сайт

Просмотр новости

Найдите то, что Вас интересует

Putin Ukrayna ilə razılaşmanın əldə olunmasını "istərdi" - Tramp

Дата публикации: 11-10-2026 01:49:00



Основное содержимое страницы с новостью.

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 05:49 (UTC +04:00)

Putin Ukrayna ilə razılaşmanın əldə olunmasını "istərdi" - Tramp

Vüsal Cəfərov

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə razılaşma əldə etmək istədiyini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskini kompromisə getmək istəməməkdə ittiham edib.

“Düşünürəm ki, Rusiya razılaşma əldə etmək istəyir. Biz bu barədə dəfələrlə danışmışıq. Rusiya razılaşma əldə etmək istəyir, lakin nədənsə Zelenski razılaşma əldə etmək istəmir”, – Tramp jurnalistlərə bildirib.

Vladimir Putinin cümə günü baş tutan son telefon danışığı zamanı ona nə dediyi barədə suala cavab verən Tramp qeyd edib ki, Putin “nizamlanmanın əldə olunmasını istərdi. Prezident Putin qətiyyətlə nizamlanmanın tərəfdarıdır”.

Bundan əvvəl Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edərək, Ukraynanın “yeni prezidentə sahib olmasının” vaxtının çatdığını bildirib və Ukraynanın Rusiyanın karbohidrogen infrastrukturlarına endirdiyi zərbələri pisləyib.

“Müharibəyə son qoymaq üçün Rusiya ilə razılaşma əldə edə biləcək yeni lider seçməyi onlara tövsiyə edirəm”, – Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidentinin Ukraynada yeni prezident seçilməsi ilə bağlı çağırışını alqışlayıb və Amerika liderinin fikirlərini “ikonik və tarixi” adlandırıb.

“Prezident Tramp Ukraynanın Zelenskinin müharibə tərəfdarı siyasətinə deyil, həqiqətən sülhə yönəlmiş rəhbərliyə ehtiyacı olduğunu düşünən çoxsaylı şəxslərə qoşulur... İkonik və tarixi”, – Kirill Dmitriyev "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Məqalədə:

Схожие новости

#Наименование новостиТональностьИнформативностьДата публикации
1Трамп: Зеленский не хочет идти на сделку по урегулированию на Украине08.2611-10-2026
2Zelensky does not want to agree to settlement deal in Ukraine — Trump07.2911-10-2026
3Трамп считает, что РФ стремится к урегулированию украинского конфликта06.0911-10-2026
4Путин и Трамп обсудили урегулирование на Украине06.1409-10-2026
5Putin has made Russia’s position on Ukraine talks clear — Kremlin09.2728-09-2026
6Путин заявил, что благодарен Трампу за его усилия по урегулированию на Украине08.401-10-2026
7Трамп заявил о приближении урегулирования на Украине08.0410-10-2026
8Путин и Трамп обсудили урегулирование на Украине06.4909-10-2026
9Путин: РФ хотела бы как можно скорее прекратить украинский конфликт08.101-10-2026
10Tramp Ukraynada seçkilərin keçirilməsinin zəruriliyini bəyan edib01011-10-2026

Классификация: Политика. Схожих патентов: 0. Схожих новостей: 10. Тональность: 0. Информативность: 10. Источник: az.trend.az.